Ordumuzun mövqeləri atəşə tutuldu
    • 9-04-2025, 08:21
    • 348

Ordumuzun mövqeləri atəşə tutuldu

Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən bildirilib. 

"Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub", – məlumatda qeyd olunub. 

Bildirilib ki, ordunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.