Azərbaycanda 87 uşaq cinayətin qurbanı oldu
    • 7-08-2019, 11:58
    • 722

Azərbaycanda 87 uşaq cinayətin qurbanı oldu

Azərbaycanda 2018-ci ildə törədilmiş cinayətlər nəticəsində 87 uşaq ölüb
.
Ölən uşaqların 64-ü oğlan, 23-ü qız olub.

Ümumilikdə, 2018-ci ildə törədilmiş cinayətlər nəticəsində 7304 nəfər xəsarət alıb ki, onun 4965-i kişi, 2339-u qadın olub. Xəsarət alanların 166-sı oğlan, 68-i qız olmaqla, 234-ü uşaq olub.

Ötən il törədilmiş cinayətlər nəticəsində 1226 nəfər ölüb. Onların 895-i kişi, 331-i qadın olub. (trend)