
-
- 10-04-2025, 01:46
- 433
Səhərlər şəkərli içkilər içməyin – XƏBƏRDARLIQ
“Səhər saatlarında qanda qlükoza səviyyəsini artıran qidalardan qaçınmaq lazımdır”.
News24.az xəbər verir ki, bunu endokrinoloq Mixail Boqomolov deyib.
“Bu, təkamül xarakterlidir – əcdadlarımız gecə yuxusundan dərhal sonra səhər yeməyi yemirdilər və çox gec yeyirdilər. “Beləliklə, səhərlər qaraciyər onların bədənlərini qida əldə etmək üçün enerji ilə təmin edirdi” endokrinoloq izah edib.
Boqomolov əlavə edib ki, müasir insanlar səhərlər az hərəkət edirlər, buna görə də səhər yeməyi zamanı həkim qlükoza səviyyəsini artıran qida və içkilərdən uzaq durmağa çağırıb.
Belə ki, o, şəkərli istənilən içkilərdən, o cümlədən çay və qəhvədən, şirniyyatlardan və tez həzm olunan karbohidratlardan imtina etməyi tövsiyə edib.
Bunun əvəzinə, endokrinoloq səhər yeməyi üçün arpa, qarabaşaq yarması, yulaf və darıdan hazırlanmış sıyıq yeməyi məsləhət görüb.
Boqomolov asanlıqla həzm olunan karbohidratlar olmayan protein-tərəvəz səhər yeməyini ideal adlandırdı – bu, pomidor, digər tərəvəz və göyərti ilə qaynadılmış yumurta ola bilər./medianews