İşçilərin tətili: - Nəqliyyat dayandırıldı
Dünya
Yunanıstanın ən böyük həmkarlar ittifaqları artan yaşayış xərclərinin öhdəsindən gəlmək üçün maaşların artırılmasını tələb edərək tətilə başlayıblar.
News24.az xəbər verir ki, Yunanıstanda işçilərin tətil qərarından sonra nəqliyyat dayanıb. Bir günlük tətil səbəbindən bərə reysləri ləğv edilib, ölkədə təyyarə və qatar reysləri də dayandırılıb. Ölkə daxilində qatarların hərəkəti dayanıb, paytaxt Afinada avtobus və metro işçiləri də tətilə çıxıblar.
Yunanıstan Hava Trafik İdarəçiləri Dərnəyindən verilən açıqlamada, 24 saatlıq tətil səbəbiylə ölkədə yalnız sağlamlıq, axtarış-xilasetmə və humanitar yardım xidmətləri ilə yanaşı, hərbi uçuşlar həyata keçiriləcəyi açıqlanıb.
Afina Eleftherios Venizelos Beynəlxalq Hava Limanından edilən şərhdə, bu gün saat 23:59-a qədər Yunanıstana və ya Yunanıstandan uçuşun olmayacağı bildirilib.
Səma