Pirallahıda qəzalı binaların sakinləri üçün yeni yaşayış kompleksı İNŞA OLUNUR - FOTO -YENİLƏNDİ
    • 7-08-2019, 17:44
    • 932

Pirallahıda qəzalı binaların sakinləri üçün yeni yaşayış kompleksı İNŞA OLUNUR - FOTO -YENİLƏNDİ

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda qəzalı binaların sakinləri üçün inşa edilən kompleksə gələrək, binalardakı mənzillərdə yaradılan şəraitlə tanış olublar.

News24.az-ın xəbərinə görə, Prezident İlham Əliyevin “Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq müvafiq komissiya tərəfindən rayon ərazisində qeydiyyata alınmış 369 qəzalı binada yaşayan 5181 nəfərdən ibarət 1510 ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış kompleksi inşa olunur. Rayon mərkəzində ayrılmış 6,5 hektar ərazidə yerləşən kompleks 28 çoxmərtəbəli, 807 mənzilli binadan ibarət olacaq. Hazırda kompleksdə 114 mənzildən ibarət üç binanın tikintisi başa çatıb. Kompleksə daxil olan digər binalarda isə tikinti-quraşdırma işləri davam etdirilir. Tikintidə 200 nəfər işlə təmin olunub. Kompleksə 340 şagird yerlik məktəb binası, 120 yerlik iki uşaq bağçası, üç idman meydançası və velosiped zolağı daxildir. Ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb.

***
13.20

Pirallahı rayonunda qəzalı binaların sakinləri üçün yeni yaşayış kompleksi inşa olunur.

News24.az xəbər verir ki, avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə inşa olunan binalardakı mənzillərdə yaradılan şəraitlə tanış olublar.