“Azərsu” rəhbərliyi sakinlərin şikayətlərini dinləyəcək
    • 7-08-2019, 14:43
    • 917

“Azərsu” rəhbərliyi sakinlərin şikayətlərini dinləyəcək

“Azərsu” rəhbərliyi sakinlərin şikayətlərini dinləyəcək.

Qurumdan News24.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin avqust ayında  şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 16 avqust 2019-cu il tarixində Qazax şəhərində Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edəcək. 19 avqust 2019-cu il tarixində “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov  Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarının sakinləri ilə görüşəcək. 20 avqust 2019-cu il tarixində isə  “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Tovuz rayonu sakinlərini qəbul edəcək.

Qəbullar Qazax, Şəmkir və Tovuz  rayon sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.