-
- 7-08-2019, 20:49
- 1 054
Bakıda saxta manat yayanlar peyda olunub Bir neçə nəfəri aldadıblar
Bakıda saxta manatlar yayılır. Paytaxtın daxili işlər orqanları tərəfindən ötən günlər ərzində saxta əskinaslarla ödənişin edildiyi iki fakt aşkarlanıb.
News24.az xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə Oxu.Az-a bildirib ki, ilk belə hal Binəqədi rayonu ərazisində, Məmməd Əmin Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Burada Qəmbərov küçəsindəki mağazada naməlum şəxs siqaret aldıqdan sonra saxta 50 manatla ödəniş edib. Satıcı Nuranə İsmayılova pulun saxta olduğunu gec bilib.
Suraxanı rayonunda isə taksi sürücüsünü saxta pulla aldadıblar. Xırdalan sakini İlham Həşimov naməlum sərnişini Yeni Günəşli qəsəbəsinədək aparıb. Sərnişin ona 100 manat verib və pulun qalanını götürdükdən sonra tez hadisə yerindən uzaqlaşıb. Sürücü əskinasa baxdıqdan sonra başa düşüb ki, o saxtadır.
Polis hazırda saxta pulları yayan şübhəliləri müəyyənləşdirməyə çalışır. İstisna edilmir ki, hər iki faktda eyni insan saxta pul verib. Faktla bağlı hələlik saxlanılan yoxdur.