Azərbaycanlı saxta pullarla saxlanıldı
    • 15-10-2018, 18:20
    • 852

Azərbaycanlı saxta pullarla saxlanıldı

Gürcüstanda saxta pul hazırlayan və saxlayan Azərbaycan vətəndaşı saxlanılıb.

Bununla bağlı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin saytında məlumat yerləşdirilib.

Üzərinə baxış zamanı azərbaycanlıdan 617 ədəd 100 dollarlıq əskinas aşkarlanıb.

Azərbaycan vətəndaşının bu pulları Gürcüstanda necə hazırladığı məlum deyil. Ona qarşı külli miqdarda saxta pul və ya qiymətli kağızların hazırlanması və saxlanılması maddəsi ilə cinayət işi başlanılıb.

Əməli sübuta yetirilərsə, onu 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

//Oxu.az