Şəki Xan Sarayından sevindirici xəbər - BU HƏFTƏ AÇILIR
    • 8-08-2019, 12:09
    • 999

Şəki Xan Sarayından sevindirici xəbər - BU HƏFTƏ AÇILIR

Şəki Xan Sarayı bu həftə açılacaq. 

Bunu News24.az-a Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, Xan Sarayında yerli və xarici mütəxəssislərin, müxtəlif dövlət qurumlarının iştirakı ilə baxış keçirilib, bərpa, budanma və digər lazımi tamamlama işləri aparılıb. hazırda təmizləmə işləri aparılır. Bu həftənin sonuna qədər Xan Sarayı fəaliyyətini bərba edəcək. 

Xatırladaq ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşməsi nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır. Hadisə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından biri xəstəxanada dünyasını dəyişib.

Afaq Mirayiq