"YouTube"dan yeni funksiya -
    • 14-04-2025, 08:50
    • 575

"YouTube"dan yeni funksiya - "canınız qurtarır"

"YouTube" videohostinqi yeni funksiya yaradıb.

News24.az oxu.az-a istinadən xəbər verir ki, yeni funksiya sayəsində "Shorts" videoçarxlarının baxılma müddətini məhdudlaşdırmaq mümkün olacaq.

İstifadəçilər "Shorts" videolarına baxmağa sərf olunan vaxta nəzarət etmək üçün gündəlik taymer təyin edə biləcəklər.

Baxış limiti videoların sonsuz sürüşdürülməsini dayandırmağa imkan verəcək.