
-
- 14-04-2025, 16:55
- 404
Afaqdan müğənnilərə CAVAB
"Mənim əl jestim var. Müğənnilərdən birinə mikrofonumuzu uzadıb müsahibə alanda deyib ki, Afaq həmkarlarım barədə səsləndirdiyi fikirləri əl hərəkəti ilə təsdiqləyir".
Bu sözləri aparıcı Afaq Gəncəli verilişi zamanı deyib.
O bildirib ki, verilişində danışan sənət adamlarının fikirlərinə müdaxilə etmir:
"O belə onlara qıcıq gəlir. Verilişdə heç kimin fikrinə müdaxilə etmirəm. Bunu yadda saxlayın. Biz şəxsiyyətə toxunacaq qəbahət söz işlətmirik. Əgər bir müğənni həmkarının səsini tanımırsa, bu normal haldır. Sözünüz varsa gəlin bu kürsüdə əyləşin, söyləyin. Kadrarxası müxbirimizə "Həmkarım mənim səsimi tanımadı və Afaq əl hərəkəti ilə onun sözünü təsdiqlədi" deməyin". (Axşam.az)