Qadın kişini ayaqqabısı ilə döydü: - təyyarədə DAVA
Hadisə
Novokuznetsk-Soçi reysi ilə uçan təyyarədə qəribə hadisə baş verib. Belə ki, rusiyalı cütlük təyyarədə dava salıb, sonra onlardan biri ayaqqabısı ilə yanındakı sərnişini döyüb.
News24.az-ın Oxu.Az-a istinadla verdiyi məlumata görə, kadrlar tezliklə sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, davanı cütlük başladıb. Onlar təyyarənin qalxmasından əvvəl səfər yoldaşları ilə mübahisəyə başlayıblar, sonra qadın ayaqqabısını çıxararaq yanında oturan kişini döyməyə başlayıb.
Hadisə yerinə polis əməkdaşları çağırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları təyyarəyə qalxaraq dalaşqan cütlüyü sonrakı araşdırma üçün növbətçi hissəyə aparıblar. Onlar barəsində xırda xuliqanlıq maddəsi üzrə inzibati xəta protokolları tərtib edilib.