
-
- 15-04-2025, 15:07
- 2 566
Güclü yağışlar və daşqınlar can aldı
Konqo Demokratik Respublikasında güclü yağış və daşqınlar bir çox əyaləti vurub.
News24.az xəbər verir ki, paytaxt Kinşasa ən çox zərər çəkmiş bölgələrdən biridir.
Səhiyyə Nazirliyi bildirib ki, Kinşasadakı 11 sağlamlıq zonası təbii fəlakətdən zərər çəkib, 5000-dən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Digər tərəfdən daşqınlar nəticəsində ən azı 72 nəfər həyatını itirib, 170 nəfər isə yaralanıb.
Şərqdəki Tanqanyika və Cənubi Kivu əyalətlərində də əhəmiyyətli dağıntılar baş verib. Yerli hakimiyyət orqanları lazım olan humanitar yardımın həcmini müəyyənləşdirməyə çalışır.
Günel Məlikzadə