Azərbaycanda mənzillər kəskin BAHALAŞDI
    • 15-04-2025, 16:00
    • 365

Azərbaycanda mənzillər kəskin BAHALAŞDI

2025-ci ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər 2024-cü ilin I rübünə nisbətən 14.4% bahalaşıb.

News24.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin I rübündə əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 12.9%, təkrar mənzil bazarında isə 14.4% artıb.

Qeyd edək ki, cari ilin I rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 4.4%, o cümlədən ilkin mənzil bazarı üzrə 2%, təkrar mənzil bazarı üzrə 4.5% artıb.