Evsiz adam 1 milyon QAZANDI
    • 16-04-2025, 09:53
    • 256

Evsiz adam 1 milyon QAZANDI

Kaliforniyada evsiz kişi içki mağazasından aldığı lotereya biletindən 1 milyon dollar udub.

News24.az xəbər verir ki, kimliyi açıqlanmayan qalib poz-qazan biletini illərdir müştərisi olduğu mağazadan alıb.

Kişi əvvəlcə 100.000 dollar qazandığını düşünsə də, mağaza sahibi 1 milyon dollar qazandığını təsdiqləyib. 

Qalib mükafatın həyatını dəyişdiyini, pulu ərazidəki ev və avtomobil üçün ilkin ödəniş üçün istifadə etməyi planlaşdırdığını söyləyib.

Onu da qeyd edək ki, evsiz adamın aldığı biletlə 1 milyon dollar qazanma ehtimalı 2.047.423-də 1 ehtimal idi.

Günel Məlikzadə