Güclü dalğalar fəlakətə səbəb oldu: - Ölənlər var
Dünya
Avstraliyada çimərliklərdə nəhəng dalğalar fəlakətə səbəb olub. Doqquz yaşlı uşaq dünən Yeni Cənubi Uelsin orta şimal sahilində dalğalar tərəfindən sürüklənərək qayaların arasında ilişərək ölüb.
News24.az xəbər verir ki, həftə sonu Yeni Cənubi Uels və Viktoriya sahillərində boğularaq ölənlərin sayı 7 nəfərə çatıb, iki nəfər isə itkin düşüb.
Səlahiyyətlilər cümə günü və həftəsonu Yeni Cənubi Uelsdə ən azı 150 nəfərin boğulmaqdan xilas edildiyini bildiriblər. Avstraliyanın baş naziri Antoni Albanese həyatını itirənlərin ailələrinə başsağlığı verərək, "Hər kəs diqqətli olsun. Xüsusilə uşaqlarınıza qarşı diqqətli olmalısınız" deyib.
Günel Məlikzadə