Avtomobil qəzası: 2 ABŞ əsgəri həlak oldu
    • 16-04-2025, 10:25
    • 212

Avtomobil qəzası: 2 ABŞ əsgəri həlak oldu

Meksika sərhədində baş verən yol qəzasında iki ABŞ əsgəri həlak olub, biri ağır yaralanıb.

News24.az xəbər verir ki, ABŞ Şimal Komandanlığından (NORTHCOM) verilən açıqlamada, Nyu Meksiko əyalətinin Santa Teresa bölgəsində 3 əsgəri daşıyan avtomobilin qəzaya uğradığı açıqlanıb.

Açıqlamada ağır yaralanan əsgərin hələ də bölgədəki xəstəxanalardan birində müalicəsinin davam etdiyi, qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Qəzada həyatını itirən əsgərlərin adlarının ailələrinə xəbər verildikdən sonra açıqlanacağı bildirilib.

Günel Məlikzadə