İtkin kuryer meşədə ölü tapıldı
Dünya
Üç gün əvvəl Muğlada itən motosiklet kuryeri Mustafa Berkay Çırakdan pis xəbər gəlib.
News24.az xəbər verir ki, Çırak aprelin 13-də Dənizlidə yaşayan ailəsinə zəng edərək motosikleti ilə onları ziyarət etmək üçün yola düşdüyünü bildirib.
Çırakın ailəsi ondan xəbər ala bilmədikdən sonra onun itkin düşdüyünü jandarmaya bildirdilər.
Qruplar axtarış-xilasetmə əməliyyatına başlayıb.
Türkiyə Respublika Baş Prokurorluğunun koordinasiyasında aparılan işlərdə o meşədə hərəkətsiz vəziyyətdə başından tapança ilə vurulmuş vəziyyətdə tapılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Günel Məlikzadə