Məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

Məşhur aparıcı və həyat yoldaşı saxlanıldı Dünya

Türkiyədə ictimaiyyət arasında “Halk TV istintaqı” kimi tanınan cinayət işi çərçivəsində üçüncü əməliyyat dalğası keçirilib.

News24.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 12 nəfərin saxlanılması barədə göstəriş verilib.

Onlardan 9-u saxlanılıb. Saxlanılanlar arasında “Halk TV”-nin aparıcısı Ece Üner və onun həyat yoldaşı, jurnalist Deniz Bayramoğlu da var.

Hadisədən sonra Ece Üner və Deniz Bayramoğlunun hansı səbəbdən saxlanıldığı maraq doğurub.

Məlumata görə, saxlanılmalar “Halk TV istintaqı” çərçivəsində həyata keçirilən üçüncü əməliyyat dalğasının nəticəsidir. Lakin yayılan məlumatda onların konkret olaraq hansı ittihamla saxlanıldığı açıqlanmayıb.