Yaxın Şərqdə bir ilk: - “Party təyyarəsi” uçuşa hazırdır

Yaxın Şərqdə bir ilk: - “Party təyyarəsi” uçuşa hazırdır Dünya

DJ-lər və içkilərlə dolu "party təyyarəsi" bu yay Dubaydan Misirdə keçiriləcək festivala uçacaq.

News24.az xəbər verir ki, Yaxın Şərqdə ilk belə uçuş olacaq.

AIRBOX Dubai adlanan xüsusi birtərəfli uçuş Sandbox Festivalının bilet sahiblərinə səyahət boyu canlı DJ-lər, o cümlədən spirtli içkilər təqdim edəcək. Sandbox-ın rəsmi saytına görə, uçuş paketləri 579 dollardan başlayır.

Uçuş Misirdə yerləşən lüks səyahət məsləhət xidməti olan Escape Code tərəfindən həyata keçirilir. Təyyarənin növü və oturacaq yerləri hələ açıqlanmayıb.

Onu da qeyd edək ki, oxşar "party uçuşu" təcrübələri Avropada başlayıb.

Günel Məlikzadə