-
- 9-08-2019, 15:24
- 861
Yol kənarında və digər qanunsuz yerlərdə heyvan kəsənlər -CƏRİMƏLƏNƏCƏK - RƏSMİ
«Qurban bayramında yol kənarında və digər qanunsuz yerlərdə heyvan kəsənlərə cərimələr tətbiq olunacaq».
Bunu News24.az-ın sualını cavablandırarkən Azərbaycan Qida Təhlükəsziliyi Agentliyinin Heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib. Onun sözlərinə görə, insanlar öz həyətlərində heyvan kəsə bilərlər:
«Yol kənarında və digər yerlərdə heyvan kəsilməsi qadağandır. Buna cəhd edənlərə qanunvericilik çərçivəsində cərimə tətbiq olunacaq. Əlbəttə o şəxslər kənarlaşdırılacaq. Cərimənin tətbiq olunması və fəaliyyətinin qadağan olunması kimi tədbirlər görülə bilər. Cərimələron məbləği isə hüquqi və fiziki şəxslərdə fərqlidir".
Qeyd edək ki, bayramda heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar, 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına veriləcək.
Afaq Mİrayiq