-
- 30-07-2019, 11:06
- 1 485
Qurban bayramında 44 stasionar, 30 çadır kəsim məntəqəsi... - AQTA- VİDEO
Qurban bayramı günlərində ölkə ərazisində qurbanlıq heyvanların satışı və kəsimi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadır tipli heyvan kəsimi məntəqələrində həyata keçiriləcək.
AQTA-dan News24.az-a verilən məlumata görə, bu məqsədlə bayram günlərində 44 stasionar və 30 çadırtipliheyvan kəsimi məntəqəsi lazımi avadanlıqlar ilə təmin edilərək, vətəndaşların ixtiyarına veriləcək.
Sözügedən kəsim məntəqələri barədə əhalini məlumatlandırmaq və heyvan kəsimini həyata keçirəcək şəxsləri standartlara uyğun kəsim məntəqələrinə cəlb etmək məqsədi ilə Agentlik tərəfindən bayram günlərində fəaliyyət göstərəcək stasionar və çadır tipli heyvan kəsimi məntəqələrinin siyahısı və ünvanlarını əks etdirən videoçarx hazırlanıb.