Əməliyyatxanada tiktok çəkdilər - "Elə bil diskotekadır"
Gündəm
Son günlər "TikTok"da trend halına gələn "Nömrə 10"mahnısına bu dəfə tibb bacıları da qatılıb.
News24.az Milli.Az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir qrup səhiyyə işçisinin əməliyyatxanada rəqs etdiyi və mahnı oxuduğu əks olunub.
Videoda 7-8 tibb bacısının əməliyyat otağında ritmik hərəkətlərlə rəqs etdiyi görünür. Bu anlar sosial media platformalarında sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub.
Bəzi izləyicilər videonu qeyri-peşəkar və məsuliyyətsiz hesab edərək "cərrahiyyə deyil elə bil diskotekadır, ağ xalatlı tiktokerlər" tipli rəylər yazıb.
Həmin videonu təqdim edirik: