Fizika qaydalarını alt-üst edən yeni maddə kəşf ediblər
    • 19-04-2025, 02:15
    • 1 857

Fizika qaydalarını alt-üst edən yeni maddə kəşf ediblər

Amerikalı tədqiqatçılar qızdırıldıqda büzülən, sıxıldıqda isə genişlənən qeyri-adi material aşkar ediblər. Bu xüsusiyyətləri ilə, fizika qanunlarına zidd olan yeni material, elektrik avtomobilinin (EV) akkumulyatorlarını ilk günkü performansına qaytarmağa kömək edə bilər.

News24.az xəbər verir ki, Çikaqo Universitetinin Molekulyar Mühəndislik Məktəbi və San Dieqo Kaliforniya Universitetinin alimləri termodinamikanın əsas qanunlarına zidd davranış nümayiş etdirən maddələrin yeni sinfini kəşf ediblər.

Bu yeni kəşf edilmiş metastabil maddələr qızdırıldıqda həcmcə kiçilir və yüksək təzyiq altında genişlənir.

Fizika qanunlarına zidd olan xüsusiyyətlər

Termodinamikanın qanunlarına görə, maddə qızdırıldıqda genişlənir, sıxıldıqda isə həcmi azalır. Lakin tədqiqatçılar bu qaydalara zidd davranan metastabil materiallar hazırlayıblar.

Prof. "Materialı qızdırdığınız zaman onun həcmi kiçilir. Bu olduqca qeyri-adi haldır" deyə Menq izah etdi.

Maddənin bu davranışı təkcə fundamental elm üçün deyil, həm də tətbiqi texnologiyalar üçün inqilabi xarakter daşıyır.

Xüsusilə elektrik avtomobili Batareyanın yenilənməsi, struktur batareya sistemləri və istiliyə davamlı material istehsalı kimi sahələrdə böyük imkanlar təqdim edir.

Səma