Vətən Müharibəsi qazisi xəstəxanaya - YERLƏŞDİRİLDİ

Vətən Müharibəsi qazisi xəstəxanaya - YERLƏŞDİRİLDİ Hadisə

44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlə tanınan, lənkəranlı kapitan Anar Bağırov səhhətinin kəskin ağırlaşması səbəbindən təcili surətdə Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, qəhrəman zabitin vəziyyəti kritikdir və həkimlər onun həyatını xilas etmək üçün intensiv tədbirlər görürlər.

Qeyd edək ki, Anar Bağırov müharibə zamanı iki dəfə ağır yaralansa da, döyüş meydanına dönərək son qələbə gününə qədər vuruşmuşdu.


Vətən Müharibəsi qazisi xəstəxanaya - YERLƏŞDİRİLDİ