Şagirdin istifadə etdiyi ağardıcı partladı - Gözü zədələndi - Video
Hadisə
Bakıda şagirdin istifadə etdiyi ağardıcı partlayıb və gözü zədələnib.
News24.az xəbər verir ki, bu barədə oftalmoloq Rəvanə Həsənova bildirib.
Həkim qeyd edib ki, ani bir diqqətsizlik, ani bir səhv gözünüzü itirməyə səbəb ola bilər:
"Əziz valideynlər, uşaqlarınız üçün aldığınız əşyalara və istifadə qaydalarına diqqət edək!".
Qeyd edək ki, şagird kimyəvi yanıq xəsarəti alıb. (Medicina)