Taliban Özbəkistanla rəsmi danışıqlara başladı – Məxfi səfər
    • 11-08-2018, 13:51
    • 822

Taliban Özbəkistanla rəsmi danışıqlara başladı – Məxfi səfər

Özbəkistan Xarici İşlər Nazirliyi Taliban nümayəndələri ilə görüşüb.

Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Talibanın Dohadakı nümayəndə heyəti Daşkəndə Şirməhəmməd Abbas Stanikzayemin rəhbərliyi ilə gəlib. Onlar burada 7-10 avqust tarixlərində olublar.

Tərəflər arasında əsas müzakirə mövzusu Əfqanıstandakı sülh prosesi olub. XİN görüş haqqında əlavə məlumat verməkdən imtina edib.