Dayısı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirməyə çalışdı
    • 9-08-2019, 23:36
    • 862

Dayısı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirməyə çalışdı

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az -a bildiriblər ki, Cinayət Məcəlləsinin 177.2.3-cü və 67.1-ci maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Rəsulov Taleh Çingiz oğlu ilə qısamüddətli görüşə gəlmiş dayısı Sabirabad rayon sakini Qələndərov Pərviz Əhməd oğlunun üzərinə baxış keçirilib. Baxış zamanı onun cibində gizlədilmiş bükülünün içərisində 0,168 qram heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.