Həbsdə olan atasına narkotik aparmaq istəyərkən tutuldu
    • 16-12-2019, 20:12
    • 856

Həbsdə olan atasına narkotik aparmaq istəyərkən tutuldu

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətdən News24.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Kərimov Raqif Lazım oğlu ilə qısamüddətli görüşə gəlmiş oğlu, Masallı rayon sakini Kərimov Həsən Raqif oğlunun üzərinə baxış keçirilən zaman əynindəki pencəyin cibində gizlətdiyi bükülüdə 0,382 qram narkotik maddə - heroin aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır.