-
- 12-08-2019, 12:14
- 2 366
"Heyvan kəsmirəm, mənəvi qurban verirəm" - MƏŞHURLARIN QURBAN BAYRAMI - FOTO
Bü gün Azərbaycanda Qurban bayramıdır.
Hər kəs bu günü inancına uyğun olaraq qeyd edir. Maraqlıdır, görəsən, bəs tanınmışlar bu gün qurban kəsəcəkmi?
Muğam ustası, xalq artisti Arif Babayev News24.az-a açılmasında bu gün onun ən sevimli bayramı olduğunu deyib: “Hər il qurban kəsirəm. Bu gün də mütləq kəsəcəm. Elə indilərdə qurbanlıq qoyunu gətiməlidirlər. Allah hər kəsin qurbanını qəbul eləsin”.
Xalq artisti Aygün Kazımova da hər il olduğu kimi, bu il də ənənəsinə sadiqdir: “Qurban kəsib ehtiyacı olan ailələrə paylayacağıq”.
A.Kazımovanın həmkarı, xalq artisti Faiq Ağayev də illərdir dinimizin buyurduğu bu şərtə əməl etdiyini deyib: “Adətən kəsilən qurbanın ətini ehtiyacı olan ailələrə paylayırıq. Bu işlə anam məşğul olur. O, ehtiyacı olan ailələri daha yaxşı tanıyır və onlara qurban payı göndərir”.
Hazırda Bodrumda istirahətdə olan işgüzar xanım Ruhi Əliyeva ötən gün Türkiyədə qurban kəsib: “Burada qurban kəsərək ehtiyacı olan ailələrə payladıq. Bu gün isə Bakıda iki qurban kəsiləcək və onlar da təbii ki, ehtiyacı olanlara paylanacaq. Harada oluramsa olum, mütləq qurbanımı kəsirəm”.
Xalq artisti Nazpəri Dostəliyeva da qurban kəsən məşhurlar sırasındadır: “Allah bütün qurbanları qəbul etsin. Əlbəttə ki, bu il də qurban kəsəcəyəm”.
Hazırda Həcc ziyarətinidə olan aparıcı-xeyriyyəçi Hacı Nuran Qurban bayramının onun üçün xüsusi önəm daşıdığını deyib: “Gözəl bayramdır. Həcc ziyarətində olan hər bir zəvvar ən azı bir qurban kəsməlidir. Bakıda olanda da Qurban kəsirəm. Bununçün ayrıca böyük siyahım var. Tələbat olan ailələrə paylayıram”.
Müğənni - bəstəkar Hacı Nazim Məmmədov qurban kəsilməsinin vacib olduğunu vurğulayıb: “Qurban kəsəcəyəm, çünki vacibdir. Kəsilən qurbanı paylara bölüb, yolda qarşıma çıxan kasıb, ahıl, çöldə zəhmət çəkən usta və s. ehtiyacı olan şəxslərə paylayıram”.
Şou-biznesin əkiz bacıları Sevil və Sevinc Səfərovalar da qurban payını maddi imkanı zəif olan şəxsələrə göndərdiklərini deyiblər: “Bu il də qurban kəsəcəyik. Ət isə tanımadığımız, amma doğrudan da ət almağa imkanı çatmayan ailələrə paylanılacaq. Bu işlərlə anam məşğul olur”.
“Eurovision” qalibi Eldar Qasımov isə qurban kəsməyəcəyini deyib. O, bunu belə əsaslandırıb: “Qədim adət-ənənədir və kökləri çox dərindir. Sadəcə, hansısa canlını kəsməyə ürəyim gəlmir. Əvəzində mənəvi və ruhi qurbanlar verirəm...”
Müğənni Əhməd Mustafayev ailəli olaraq ilk qurbanını kəsəcək: “Allah hər kəsin kəsilən qurbanlarını qəbul eləsin. Mən də bu qurban kəsib, yaşlı, ehtiyacı olan və kimsəsiz ailələrə paylayacağam”.
İfaçı Damla qurban kəsməyin hər bir müsəlmanın borcu olduğunu bildirib: “Hər il öz borcumu yerinə yetirirəm, ancaq bunu reklam etmək və açıqlama vermək istəməzdim. Hər kəsin Qurban bayramını təbrik edirəm”.
Rəqqasə Oksana Rəsulova ailəsində hər il qurban kəsildiyini bildirib: “Qurban ətinin bir hissəsini ailəmmiz üçün saxlayırıq. Qalanının kiçik hissəsi qohumlara, böyük hissəsi isə kasıblara paylanılır”.
Şəbnəm Tovuzlu bu il iki qurban kəsəcək. İfaçı da bu gün ehtiyaclı ailələri sevindirməyi nəzərdə tutub.
Müğənni Yaşar Yusub isə artıq qurbanını kəsib və onun ətini 3 saylı Uşaq Evinə verib: “Bu gün də növbəti qurbanı kəsib, dost-tanışa, yaxınlara və qohumlara paylayacağıq”.