
-
- 24-04-2025, 23:35
- 593
İstanbulda GÜCLÜ PARTLAYIŞ - Yaralananlar var
Türkiyənin İstanbul şəhərində güclü partlayış baş verib.
News24.az ekol.tv-yə istinadən xəbər verir ki, hadisə Tuzla rayonundakı Dəri Sənaye Bölgəsindəki su təmizləyici obyektdə qeydə alınıb.
Nəticədə beş nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və tibbi briqadalar göndərilib.
Partlayışın səbəbi hələlik məlum deyil.
Araşdırmalar davam edir. /musavat