Bakıda kişi qətlə yetirildi

Bakıda kişi qətlə yetirildi Hadisə

Aprelin 25-də saat 08 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İlkin araşdırmalarla 1978-ci il təvəllüdlü Maksim Əhmədovun Səlim Əliyevi aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.