Hamilə qadınlar və südverən analar, qida rasionunuza XURMA əlavə edin!
    • 13-08-2019, 01:05
    • 1 505

Hamilə qadınlar və südverən analar, qida rasionunuza XURMA əlavə edin!

Hamilə qadınların və südverən anaların qida rasionuna xurma əlavə etmək faydalıdır.

İran xurması və ya xurma palması Şimali Afrika, Ərəbistan yarımadası, İran və İraqın sərhədində yayılan və hündürlüyü 20-30 metrə çatan palma ağacıdır. Gövdəsinin yuxarı hissəsində iri, içi bayıra doğru qıvrılan lələkvarı yarpaqları olur. Qəhvəyi rəngli, uzunsov və ləti şirin meyvələri yeyilir. Növündən asılı olaraq yetişməmiş meyvələrinin rəngi qırmızı, narıncı və ya sarı olur.
News24.az xəbər verir ki, xurmanın 1500-ə qədər növü var və onlar yetişmiş meyvələrin növünə görə quru, yarımquru və yumşaq növlərə ayrılır. Alimlərin hesablamalarına görə, orqanizmin gün ərzində maqnezium, mis və kükürd tələbatını, dəmir tələbatının yarısını, kalsium ehtiyacının dörddəbirini ödəmək üçün cəmi 10 ədəd xurma yemək kifayətdir. Təzə xurma meyvəsinin tərkibi 23 növ aminturşudan, qurudulmuş halda isə 65 faizə qədəri şəkərdən ibarətdir. Bu, digər meyvələrlə müqayisədə ən yüksək göstəricidir.
Hamilə qadınların və südverən anaların qida rasionuna xurma əlavə etmək faydalıdır. Elmi araşdırmalar sübut edib ki, meyvənin tərkibində olan bioloji aktiv maddələr hamiləliyin ilk aylarında uşaqlıq əzələlərini möhkəmləndirir, doğuşun asan keçməsini, doğuşdan sonra uşaqlığın daha tez yığılmasını təmin edir. Xurma ana südünü zənginləşdirir və körpənin sağlam böyüməsini təmin edir.
Xurma meyvələrindən sənayedə xurma balı, xurma şəkəri, alkoqollu xurma içkisi, ağacının gövdəsindən isə xurma ununun alınması üçün istifadə olunur. Təzə meyvələri soyuducuda yaxşı qaldığına görə il uzunu saxlamaq olur.
Xurma meyvələrindən hazırlanan müalicəvi şərbət rutin və lüteolin flavonidləri və steril maddələrlə zəngin olduğuna görə qidaya bioloji əlavə kimi daxil ediləndə orqanizmin immun sistemini gücləndirir.