“Real” “Milan”ı məğlub etdi, kubok qazandı
    • 12-08-2018, 12:50
    • 1 324

“Real” “Milan”ı məğlub etdi, kubok qazandı

Hər il keçirilən ənənəvi Santyaqo Bernabeu kuboku - 2018-in builki finalı “Real” və “Milan” arasında baş tutub.

Ev sahibi “Real” rəqibini 3:1 hesabı ilə məğlub edərək növbəti dəfə kuboka sahib çıxıb.

Bu, “Kral klubu”nun turnirdəki ardıcıl 13-cü, ümumilikdə isə 28-ci kuboku olub.

Qeyd edək ki, 1979-cu ildən keçirilən turnirdə “Bavariya” 3, “Milan” və “İnter” 2, “Ayaks”, “Hamburq” və “Dinamo Kiyev” isə 1 dəfə qalib olub.

“Real” - “Milan” - 3:1

Qollar: Benzema, 2 (1:0), İquain, 4 (1:1), Beyl, 45+1 (2:1), Mayoral, 90+1 (3:1)

//Qafqazinfo.az