
-
- 30-04-2025, 14:00
- 184
Əməliyyat masasında öldü, 100 dəqiqə sonra dirildi
Antalyada ürək və bel ağrıları ilə xəstəxanaya yerləşdirilən 52 yaşlı kişiyə ürəyində aorta yırtığı diaqnozu qoyulub.
News24.az xəbər verir ki, kişi təcili əməliyyat olunub.
Onun əməliyyat zamanı bədən istiliyi 22 dərəcəyə enib, bədənində qan dövranı dayanb və yalnız beyninə qan dövranı təmin edilib.
Qeyd edək ki, kişi 100 dəqiqə ərzində “müvəqqəti ölüm” yaşayıb.
Eyni zamanda, 7 saat davam edən cərrahiyyə əməliyyatının uğurlu keçdiyini və heç bir nevroloji tapıntı olmadığını bildirən həkim, "Nə əziyyət çəkdiyimizi yalnız biz və Allah bilir" deyib.
Günel Məlikzadə

