-
- 14-08-2019, 13:20
- 889
ETSN yenə ağac kəsənləri cərimələdi - BU DƏFƏ MÜƏSSİSƏ RƏHBƏRİNİ
Ağac kəsən şəxs cərimələnib Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xətai rayonu, Babək prospekti 2221-ci məhəllə ünvanında yerləşən “Xəzər” kiçik müəssisəsinin ərazisində müxtəlif cinsli ağacların kəsildiyi aşkar edilib.
Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən müəssisənin direktoru İlqar Qasımovun göstərişi ilə kəsildiyi məlum olub. Faktla bağlı İ.Qasımov barəsində protokol tərtib edilib və o vəzifəli şəxs qismində 4360 manat məbləğində cərimə olunub.
Kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi təmin edilib.