-
- 14-08-2019, 14:45
- 870
Şəhzadə pedofildir? - FOTO
Britaniya şəhzadəsi yenidən qalmaqalın mərkəzindədir.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, II Elizabetin 59 yaşlı oğlu şəhzadə Endryu pedofillikdə ittiham olunur. Yaranan qalmaqal isə bir müddət öncə həbs olunan və həbsxanada intihar edən insan alveri ilə məşğul olan Ceffri Epşteynlə bağlıdır.
Məhkəmənin ictimailəşdirdiyi sənədlərdə C.Epşteynin xidmətlərindən istifadə edənlərin sırasında şəhzadənin olması da öz təsdiqini tapıb. 16 yaşından tanımadığı şəxslərlə cinsi əlaqədə olmağa məcbur edilən Virciniya Cuffrenin baş verənlər barədə danışmasından sonra Britaniya kral ailəsi bu barədə açıqlama edib. Rəsmi məlumatda ABŞ-da baş tutan məhkəmədəki sübutların əsassız olduğu bildirilib.