İrəvanda partlayış oldu - VİDEO

İrəvanda partlayış oldu - VİDEO Siyasət

İrəvan Dövlət Universitetində partlayış baş verib.

News24.az APA-ya istinadən bildirir ki, bu barədə erməni "Telegram" kanalları məlumat yayıb.

İlkin məlumata əsasən, partlayış universitetin kimya kafedrasının binasında baş verib.

Hazırda partlayışın baş vermə səbəbini araşdırmaq üçün hadisə yerinə müvafiq qurumların nümayəndələri cəlb olunub. Xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.