Yamal apreldə hamını qabaqladı

Yamal apreldə hamını qabaqladı Sosial


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) aprel ayının ən yaxşı futbolçularının reytinqini açıqlayıb.

Publika.az xəbər verir ki, birinci yeri “Barselona”nın vingeri Lamin Yamal tutub . Keçən ay 17 yaşlı futbolçu komandasının heyətində bütün yarışlarda 9 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Yamalın komanda yoldaşı Rafinya IFFHS reytinqində ikinci yerdədir. “İlk üçlüy”ü isə PSJ-nin futbolçusu Usman Dembele tamamlayıb.