DİN döyülüb öldürülən şəxslə bağlı MƏLUMAT YAYDI
    • 15-08-2019, 16:27
    • 731

DİN döyülüb öldürülən şəxslə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi Zaqatala rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb.

News24.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 15-də Zaqatala rayonunun Kəpənəkçi kəndi ərazisində kənd sakini Telman Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində T.Hacıyevi aralarında baş vermiş münaqişə zəminində döyərək qətlə yetirmiş şəxsin Qandax kənd sakini, əvvəllər məhkum olunmuş K.Kərimov olması müəyyən edilib.
Qəsdən adam öldürməkdə şübhəli bilinən K.Kərimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.