Hərbi həkimlərimiz Özbəkistanda medalla TƏLTİF OLDUNDU
    • 16-08-2019, 11:32
    • 757

Hərbi həkimlərimiz Özbəkistanda medalla TƏLTİF OLDUNDU

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsinə komanda birinciliyi yarışları ilə yekun vurulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hakimlərin qərarına əsasən yarışda qazandığı uğura görə 11 komanda arasında Azərbaycanın kişilərdən ibarət komanda heyəti 111 xalla 3-cü yerə layiq görülüb. Özbəkistan və Qazaxıstan komandaları isə müvafiq olaraq birinci və ikinci yerlərdə qərarlaşıb.

“Hərbi-tibbi estafet” müsabiqəsinin təntənəli bağlanış mərasimində Azərbaycan Ordusunun kişilərdən ibarət hərbi həkimlər komandası medalla təltif olunub.