Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının açılış mərasimində - FOTOLAR
    • 3-08-2019, 23:42
    • 1 073

Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının açılış mərasimində - FOTOLAR

Moskvada səfərdə olan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov avqustun 3-də Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az -a bildiriblər ki, Zakir Həsənov, həmçinin bütün dünya sülhməramlılarına həsr edilmiş heykəltəraşlıq kompozisiyasının açılış mərasiminə qatılıb. Sonra nazir “Səhra mətbəxi” müsabiqəsinin iştirakçı ölkələrinin milli mətbəxlərinin xüsusiyyətləri ilə tanış olub və “Tank biatlonu” müsabiqəsinin birinci mərhələsinin çıxışını izləyib.
Qeyd edək ki, hərbçilərimiz ölkəmizdə keçirilən “Dəniz kuboku” ilə yanaşı, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak edirlər.