Hərbçilərimiz Beynəlxalq Ordu Oyunları - 2019 - da İŞTİRAK EDƏCƏK
    • 19-07-2019, 15:19
    • 793

Hərbçilərimiz Beynəlxalq Ordu Oyunları - 2019 - da İŞTİRAK EDƏCƏK

Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Azərbaycan hərbçiləri ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda təşkil olunacaq “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak edəcək.