
-
- 12-05-2025, 13:41
- 1 685
Türkiyədə ARDICIL güclü zəlzələlər oldu
Saat 13.26-da Amasiyada daha bir zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, zəlzələ 4.2 bal gücündə olub.
***
Saat 13:23-də Amasiyada zəlzələ baş verib.
News24.az xəbər verir ki, AFAD zəlzələnin maqnitudasının 4,4 olduğunu açıqlayıb.
Episentri Gümüşhacıköy rayonu olan zəlzələ 10,07 kilometr dərinlikdə qeydə alınıb.
Onu da bildirək ki, zəlzələ Amasya ilə yanaşı qonşu vilayətlərdə də hiss olunub.
Zəlzələdən sonra indiyədək heç bir neqativ hal qeydə alınmasa da, bir çox insan sosial şəbəkələrdə zəlzələ ilə bağlı paylaşımlar edib.
Günel Məlikzadə
