
-
- 12-05-2025, 16:10
- 330
Yoxa çıxan general Afrikada görüntüləndi
Rusiya Qəhrəmanı, ordu generalı Sergey Surovikinin yeni fotosu yayımlanıb.
News24.az xəbər verir ki, o, Afrikada İkinci Dünya Müharibəsi zamanı həlak olan əlcəzairlilərin xatirəsini yad edərkən görüntülənib.
Təqdim olunan kadrda Surovikin nümayəndə heyətinin tərkibində gül dəstələri qoymaq üçün abidəyə doğru irəliləyir. Generalın görüntüləndiyi tədbir Qələbə Gününə təsadüf edib.
"Militarist" Telegram kanalı onun arıqladığını qeyd edir. Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov qeyd edib ki, Surovikin hazırda ölkədən kənardadır və orada mühüm tapşırıqları yerinə yetirir. O, generalın konkret hansı ölkədə olduğunu açıqlamayıb.
\\Publikaaz
