Qızılca geri döndü
Sağlamlıq
Uşaqlıq çağı xəstəliklərindən olan qızılca, son illərdə təsirini yenidən artırmağa başlayıb.
News24.az xəbər verir ki, tənəffüs yolu ilə keçən və ətraf mühitdə 2 saata qədər yaşaya bilən qızılca virusu növbəti dəfə ciddi təhlükəyə çevrilib.
Mehmet Özcan qızılcanın yüksək hərarət, öskürək, burun axması, gözlərin qızarması və bədəndə səpgilərlə özünü büruzə verdiyini bildirib.
Dr. Ahmet Güzel , "Başdan başlayan və bədənə yayılan səpgilərlə xarakterizə olunan bir xəstəlikdir. Ağızda ağ və boz ləkələr də müşahidə edilə bilər. Bu tapıntılarla qarşılaşdıqda dərhal həkimə müraciət edilməlidir" dedi.
Prof.Dr.Mehmet Özcan xəstəliyin yoluxuculuğunun uşaqlarda simptomlar görünməzdən 4 gün əvvəl başladığını bildirib.
Dr.Güzel, "Səpkilər başlayandan sonra da yoluxuculuq 4 gün davam edir. Ona görə də bu dövrlərdə qızılcadan şübhələnilən uşaqların təcrid edilməsi çox vacibdir. Qızılca xəstəliyinin xüsusi bir müalicəsi yoxdur, ən əhəmiyyətli profilaktik üsul peyvənddir" dedi.
Səma