İstanbul danışıqlarında Ukraynanı kim təmsil edəcək? - Zelenski AÇIQLADI
Dünya
Rusiya tərəfi ilə danışıqlar aparmaq üçün Ukrayna heyəti mayın 16-da İstanbulda olacaq.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
O qeyd edib ki, nümayəndə heyətinə müdafiə naziri Rüstəm Umerov rəhbərlik edəcək.
Zelenski vurğulayıb ki, Ukrayna nümayəndə heyəti danışıqlar zamanı atəşkəsi müzakirə etmək niyyətindədir.