Trampın növbəti planı açıqlandı
Sağlamlıq
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinə səfərindən sonra Vaşinqtona qayıdacaq.
News24.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, Tramp ABŞ-ın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əlaqələrini gücləndirəcəyinə söz verib.
O, Körfəz dövləti ilə 200 milyard dollardan çox sövdələşmələr olduğunu açıqlayıb.
İki ölkə həmçinin, süni intellekt sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.//globalinfo.az