Yeni mikrob növləri aşkar edildi
Dünya
Alimlər Çinin Tiangong Kosmik Stansiyasında yeni mikrob növü aşkar ediblər.
Niallia tiangongensis olaraq təyin olunan növ yerüstü bakteriyaların yeni növüdür və kosmik stansiyanın içərisindəki kabinədə tapılıb.
Bu kəşfin gələcək kosmos missiyaları, astronavtların sağlamlığı və biotəhlükəsizliyi üçün mühüm nəticələri olacağı bildirilir.
Bəşəriyyət Aya və Marsa uzunmüddətli missiyalara hazırlaşarkən, mikrobların kosmosa necə uyğunlaşdığını anlamaq təkcə orbitdə deyil, həm də Yerdəki tətbiqlər üçün böyük əhəmiyyət kəsb edir.
Günel Məlikzadə