BMT Baş katibi Ümumdünya Humanitar Yardım günü ilə bağlı müraciət etdi
    • 19-08-2019, 11:23
    • 1 301

BMT Baş katibi Ümumdünya Humanitar Yardım günü ilə bağlı müraciət etdi

BMT Baş katibinin Ümumdünya Humanitar Yardım günü ilə əlaqədar müraciət edib. 

BMT-nin Qlobal Kommunikasiyalar Departamentindən News24.az-a verilən məlumata görə, Ümumdünya Humanitar Yardım günü, öz həyatlarını təhlükə altına qoyaraq başqalarının həyatını xilas etmək və yaxşılaşdırmaq üçün çalışan bütün humanitar yardım işçilərinə həsr olunur: 
«Bu il, milyonlarla ehtiyac içində olan qadın, kişi və uşaqlara göstərdikləri böyük köməyə görə humanitar yardım sahəsində çalışan qadınlara xüsusi təşəkkürümüzü bildiririk.

Böhran vəziyyətində yaşayan vətəndaşlara yardımdan tutmuş, xəstəliklərin yayılmasına qarşı mübarizəyə qədər – onlar hər zaman ön sırada olublar. Onların iştirakı yardım əməliyyatlarının əhatə dairəsini genişləndirir və daha effektiv edir. Qadınların iştirakı həmçinin, fövqəladə vəziyyətlər zamanı artan gender əsaslı zorakılıq hallarına qarşı müvafiq tədbirləri gücləndirir.

Sizi, bu gün və ayın sonunadək onlayn platformalar və sosial şəbəkələr vasitəsilə onların hekayələrini bölüşməyə dəvət edirik.
Bununla, biz humanitar yardım əməliyyatlarında qadınların rolunun gücləndirilməsi kimi ortaq öhdəliyimizi bir daha bəyan edəcəyik.

Dünya liderləri və münaqişə tərəfləri, beynəlxalq hüquqa uyğun olaraq humanitar yardım işçilərinin qorunmasını təmin etməlidir.
Dünyada beynəlxalq humanitar və insan hüquqları normalarının ciddi şəkildə pozulması davam edir. Belə hallar araşdırılmalı və cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Ümumdünya Humanitar Yardım günündə, eləcə də hər gün,  dünyanın müxtəlif yerlərində çalışan humanitar yardım işçilərinin yanındayıq».